YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Möhsün Pakayin: Azərbaycan ilə İranın əlaqələri strateji xarakter daşımağa başlayır

Azərbaycan ilə İranın əlaqələri strateji xarakter daşımağa başlayır.

Bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İRNA informasiya agentliyinə müsahibəsində deyib.

Səfir bildirib ki, bu gün iki ölkənin qarşılıqlı münasibətləri səmimidir və inkişaf edir. Nüvə proqramı ilə bağlı Qərb dövlətləri ilə əldə edilən razılaşmadan sonra İran qonşuları ilə qarşılıqlı əlaqələrin möhkəmləndirilməsini xarici siyasətinin prioritet istiqaməti hesab edir. Azərbaycan İranın yaxın qonşusu olmaqla yanaşı, dost və qardaş dövlətdir.

Regionda ikitərəfli və üçtərəfli əməkdaşlığın vacibliyini qeyd edən səfir nəzərə çatdırıb ki, bu əməkdaşlıq əlaqələri təhlükəsizliyin təmin edilməsində əsas rola malikdir.