YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mövlud Çavuşoğlu: Türkiyədə dövlət çevrilişinə cəhddən dərhal sonra Azərbaycan bizə güclü dəstək verdi

Türkiyədə dövlət çevrilişinə cəhddən dərhal sonra gözlədiyimiz kimi, qardaş Azərbaycan bizə güclü dəstək verdi. Azərbaycanlı qardaşlarımız yalnız telefonlarla deyil, həm də atdıqları addımlarla Türkiyənin yanında olduqlarını bir daha göstərdilər. Qardaşlıq da məhz budur. Bir millət olmaq bunu tələb edir.

Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” televiziyasına müsahibəsində deyib.

Müsahibəsində, həmçinin Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunması istiqamətində danışıqların son vaxtlar intensivləşdiyini vurğulayan M.Çavuşoğlu deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Rusiyanın, Minsk qrupu həmsədrlərinin təşəbbüsləri artıb. Bildiyimiz kimi, Sankt-Peterburqda Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirildi və bəzi təkliflər oldu. Biz bütün bu məsələlərdə hər zaman Azərbaycanın yanındayıq. Azərbaycana son səfərim zamanı qardaş ölkənin məsələnin həlli ilə bağlı qəbul edəcəyi bütün təklifləri dəstəkləyəcəyimizi və bəzi məsələlərdə birlikdə addımlar ata biləcəyimizi də müzakirə etdik”.