YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin altı ayında dəmir yolu ilə 7 milyon ton yük daşınıb

Cari ilin yanvar-iyun aylarında dəmir yolu nəqliyyatı ilə 7 milyon ton yük, 902,6 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, hesabat dövründə 2015-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 20,4 faiz, sərnişin daşınmasında isə 12 faiz azalma müşahidə olunub.

Orta hesabla sutkada 426 vaqon yüklənib, 397 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 17,4 min ton, Qərb istiqaməti üzrə 4,7 min ton, Cənub istiqaməti üzrə isə 1,8 min ton yüklənmə işi yerinə yetirilib.