YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kaliforniyada çıxan nüfuzlu “Sacramento Bee” qəzetində Ermənistanın işğalçılıq siyasətinə dair məqalə dərc olunmuşdur

Kaliforniyanın nüfuzlu “Sacramento Bee” qəzetində ştatın azərbaycanlı icmasının fəallarından olan Elnur Aydınovun Ermənistanın işğalçılıq siyasətindən bəhs edən məqaləsi dərc olunmuşdur.

Məqalədə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə deportasiya olunması, Azərbaycan torpaqlarının işğalı, bu torpaqlarda həmvətənlərimizə qarşı həyata keçirilən etnik təmizləmə siyasəti barədə geniş məlumatlar yer almışdır.

Yazıda 1988-ci ilə qədər öz ailəsi də daxil olmaqla yüz minlərlə azərbaycanlının Ermənistanda yaşadığını diqqətə çatdıran müəllif Azərbaycanlıların Ermənistandakı yurd-yuvalarından kütləvi şəkildə deportasiya olunmalarından və soydaşlarımızın böyük əzab-əziyyətlərə məruz qalmalarından söz açmışdır.

Müəllif qeyd etmişdir ki, bu, acı tale ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda və ətraf yeddi rayonda yaşayan həmvətənlərimiz də üzləşmişdir. Belə ki, Ermənistanın dədə-bab torpaqlarımız ola bu, əraziləri işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlı öldürülmüş, ümumilikdə bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.

Müəllif vurğulamışdır ki, bütün bu baş verən faciələrdən sonra erməni lobbisinin təsiri altında Kaliforniya Ştat Assambleyasının Ermənistan tərəfindən Azərbaycan ərazilərində yaradılmış qondarma bir rejimə dair qətnamə qəbul etməsi ABŞ xarici siyasətinə və beynəlxalq birliyin iradəsinə ziddir.

E.Aydınov bildirmişdir ki, erməni lobbisi bununla qanunsuz hərbi işğalı unutdurmağa çalışır. Hazırda qətnamənin Kaliforniya Senatında baxılmaqda olduğunu söyləyən müəllif Senatın erməni yalanlarına uymayacağına və qətnaməni rədd edəcəyinə ümidvar olduğunu vurğulamışdır.

Qeyd edək ki, Kaliforniya paytaxtında nəşr olunan “Sacramento Bee” ştat siyasətçiləri və geniş ictimaiyyəti tərəfindən ən çox oxunan qəzetlərdəndir.

Məqalə ilə daha ətraflı aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: