YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

"Milan Expo 2015" Azərbaycanın təqdimatı baxımından mühüm əhəmiyyət kəsb edir

2015-ci il mayın 1-dən oktyabrın 31-dək keçiriləcək "Milan Expo 2015" sərgisində iştirak edəcək Azərbaycanın milli pavilyonunun təməli qoyulub və ərazidə tikinti işlərinə start verilib.

Qeyd edək ki, Azərbaycan "Planeti qidalandırmaq, həyat üçün enerji" "Milan Expo 2015" sərgisində ölkənin tarixi və mədəni irsini, zəngin ekoloji, enerji potensialını və unikal biomüxtəlifliyini tərənnüm edən xüsusi pavilyonla təmsil olunacaq. Azərbaycanın bu sərgidə iştirakı üzrə təşkilatçı tərəfdaş olan Heydər Əliyev Mərkəzi hazırda milli pavilyonun dizaynı və məzmun konsepsiyası üzrə işlər aparır.

1,7 milyon kvadratmetr ərazidə təşkil olunacaq "Milan Expo 2015" sərgisində 142 ölkə iştirak edir. Hazırlıq işləri və təməlqoyma işlərinin yekunlaşmasına görə Azərbaycan bu ölkələr arasında ilk 10-luqdadır.

30 milyonadək ziyarətçinin iştirakı ilə keçirilməsi nəzərdə tutulan sərgidə məqsəd saglam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqət cəlb etməkdir.

"Milan Expo 2015" sərgisi Azərbaycanın tarixinin, mədəni irsinin dünyada tanıtımı və ölkənin iqtisadi-mədəni potensialının təqdimatı baxımından əhəmiyyət kəsb edir. Bu layihə həm də Azərbaycanın sağlam həyat mənbəyi olan ölkə kimi tanıdan özəlliklərinin, həyata keçirilmiş ekoloji layihələrin bir daha təqdim olunmasına imkan verəcək.

 

 

 

DİGƏR Xəbərlər Arxiv