YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bir sıra xarici ölkələrdə oxuyan azərbaycanlı tələbələr üçün ayrılan aylıq xərclər artırılıb

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində bəzi ölkələrdə təhsil alan azərbaycanlı gənclər üçün ayrılan aylıq xərc normaları artırılıb.

Nazirlər Kabinetindən verilən məlumata görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən Azərbaycan gənclərinin xarici ölkələrin ali təhsil müəssisələrində təhsil haqlarının ödənilməsi Qaydaları"na 1 nömrəli əlavə - "Gənclərin xarici ölkələrdə təhsili üzrə aylıq xərc normalarının cədvəli"ndə dəyişikliklər edilib.

Bu dəyişiklik Təhsil Nazirliyinin təklifi nəzərə alınmaqla edilib.

NK-nın yeni qərarına əsasən, ABŞ və İsvecrədə təhsil alanlar üçün aylıq xərc normaları artırılıb. ABŞ-ın Vaşinqton, Nyu-York, Boston, Çikaqo və Mayami şəhərlərində təhsil alanlar üçün əvvəlcə aylıq xərc normalarının məbləği 1. 800. 00 ABŞ dolları idisə, yeni qərarla bu məbləğ 1. 900. 00 dollar olub. ABŞ-ın digər şəhərlərində təhsil alanlar üçün isə xərc normalarının məbləği 1. 300. 00 dollardan 1. 400. 00 dollara yüksəldilib.

İsvecrədə təhsil alanlar üçün aylıq xərc normaları 1. 300. 00 avrodan 1. 400. 00 avroya artırılıb. Xərc normalarının əsas artımı yaşayış xərcləri daxilində hesablanan yataqxana xərclərinin yüksəldilməsinə görə baş verib.

Yeni qərara əsasən, Çinin Honkonq və Şanxay şəhərlərində yaşayanlar üçün də 1050.00 dollar həcmində aylıq xərc normaları müəyyənləşdirilib.

 

 

DİGƏR Xəbərlər Arxiv