YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Türkiyədə baş vermiş hadisədən ciddi narahat olmuş və dövlət çevrilişi cəhdini qətiyyətlə pisləmişdir

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov mətbuata açıqlamasında bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün gecə qardaş Türkiyədə baş verən hadisələri həyəcanla izləmiş və yaşanan proseslərdən dərin narahatlıq keçirmişdir. Azərbaycan Prezidenti bu hadisəni birmənalı şəkildə dövlət çevrilişi cəhdi kimi qiymətləndirərək qətiyyətlə pisləmiş, onu Türkiyə xalqının milli maraqlarına, ölkənin demokratik əsaslarına və hüququn aliliyinə qəsd kimi dərələndirmişdir. 

Prezident İlham Əliyev Azərbaycanın Türkiyə dövlətinin və xalqının yanında olduğunu, Türkiyə vətəndaşlarının demokratik yolla seçdiyi hakimiyyəti hərtərəfli dəstəklədiyini bəyan etmiş, bununla bağlı ölkənin müvafiq orqanlarına lazımi tapşırıqlar vermişdir.

Azərbaycan dövlət başçısı Türkiyədə çevriliş cəhdinin qarşısının alınması, vəziyyətin sabitləşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri alqışlamış, qardaş ölkədə qısa zamanda vəziyyətin normallaşacağına ümidvar olduğunu bildirmişdir.

Cənab İlham Əliyev qardaş Türkiyədə baş vermiş dövlət çevriliş cəhdi nəticəsində həlak olmuş insanlara Allahdan rəhmət diləmiş, onların yaxınlarına başsağlığı vermiş və bütün yaralılara şəfa arzulamışdır.