YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir

«Heç kim Dağlıq Qarabağ münaqişəsinin müharibəyə çevrilməsində maraqlı deyil. Bu, ilk növbədə Azərbaycan sülhpərvər missiyasından irəli gəlir». Bu fikirləri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir. Onun sözlərinə görə, indiyə qədər atılan addımlar bunu sübut edir.

«Ərazilərimiz 20 ildən artıqdır ki, işğal altındadır, amma biz hələ müharibəyə başlayıb, torpağımızı hərbi yolla azad etmək istəmirik. Yəni, Azərbaycan sülhə, münaqişənin dinc yolla həllinə sadiqdir. Bununla belə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, danışıqlar nəticə verməzsə, Ermənistan müddətsiz danışıqlar taktikasına üstünlük verərsə, məcbur olaraq münaqişənin digər yollarla həlli istiqamətində düşünməliyik. Hesab edirəm ki, aprel döyüşləri Ermənistan üçün dəsr olmalıdır. Danışıqları fayda vermədiyi halda, münaqişənin həlli üçün yeganə alternativ hərbi yoldur. Hər şey Ermənistanın davranışlarından asılıdır»- deyə, E.Nəsirov qeyd edib.