YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rauf Əliyev: Azərbaycanda sosial rifahın möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir

«Hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib.

R.Əliyev bildirib ki, Azərbaycanda rasional iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Onun sözlərinə görə, sosial dövlət olan Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, maddi təminatının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir.

«Məlumdur ki, digər ölkələrdə böhran zamanı ya maaşları dondurur, ya kəsirlər, ya da maaşların verilməsində problemlər yaşanır. Azərbaycanda isə ötən ilin son ongünlüyündə baş verən milli valyutanın devalvasiyasından sonra tamam fərqli mənzərə müşahidə edilir. Prezident İlham Əliyev əhalinin aztəminatlı təbəqəsinin alıcılıq qabiliyyətinin artırılması, milli valyutanın devalvasiyasının və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə müxtəlif sosial ödənişlərin, o cümlədən əmək haqlarının, pensiyaların, müavinətlərin, təqaüdlərin və kompensasiyaların artırılması barədə 25-dən çox Fərman və Sərəncam imzalayıb. Dövlət başçısının müvafiq Fərman və sərəncamları əsasında sosial ödənişlərin, əmək haqlarının, pensiyaların artımı 3,6 milyon nəfəri və ya ölkə əhalisinin 38 faizini əhatə edib. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində müəyyən çətinliklərlə müşayiət olunan 2016-cı ilin əvvəlindən etibarən respublikamızda maaşların və pensiyaların artırılmasını ciddi sosial təşəbbüs kimi dəyərləndirib.  Bu siyasətin gələcəkdə də davam edəcəyi şübhəsizdir»-deyə, R.Əliyev vurğulayıb.