YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avqustda Bakıda I Avrasiya konfransı keçiriləcək

Avqustun 28-31-də Bakıda Enerji İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiyanın (IAEE) I Avrasiya konfransı keçiriləcək.

Konfransın proqramının Azərbaycanın Energetika Nazirliyi, ADA Universiteti və İqtisadiyyat Nazirliyi ilə birgə hazırlanması razılaşdırılıb. Konfransda müxtəlif ölkələrin iş adamları, alimləri bir araya gələrək, Azərbaycanla yanaşı, Avrasiyanın enerji siyasəti, təchizatı və bu sahədəki mövcud vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, IAEE dünyanın 110 ölkəsində üzvü olan qlobal qeyri-kommersiya təşkilatıdır. Assosiasiyanın əsas məqsədi enerji iqtisadiyyatında marağı olan mütəxəssislərə fikir və təcrübə mübadiləsi üçün sahələrarası platforma yaratmaqdır.