YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə ediblər

Ölkəmizdə səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 15-də azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüşüb.

Görüşdən sonra keçirilən mətbuat konfransında söhbət zamanı müzakirə olunan mövzular barədə məlumat verən Elmar Məmmədyarov əsasən, siyasi əməkdaşlıq, təhlükəsizlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələləri ətrafında fikir mübadiləsinin aparıldığını bildirib. Həmkarına Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verdiyini vurğulayan nazir E.Məmmədyarov deyib ki, Türkiyə regionun qabaqcıl və ATƏT-in Minsk qrupunun üzv ölkəsi kimi, bu münaqişənin nizamlanması ətrafındakı hadisələr barədə məlumatlı olmalıdır.

M.Çavuşoğlu Türkiyənin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu həll edilməsinin tərəfdarı olduğunu qeyd edib. O, Türkiyə-Rusiya münasibətlərinin normallaşdırılmasında roluna görə Azərbaycana bir daha təşəkkürünü bildirib.