YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamal Abdullayev: Ölkəmizdə bütün ənənəvi din nümayəndələrinə bərabər münasibət göstərilir

«Ulu öndər Heydər Əliyev ölkəmizdə din-dövlət münasibətlərinin ən ali formasını necə müəyyənləşdirmişdisə, bu gün də cənab Prezident İlham Əliyev tərəfindən bu siyasət ləyaqətlə davam etdirilir». Bu fikri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev deyib.

K.Abdullayev bildirib ki, ölkəmizdə təkcə əksəriyyət təşkil edən müsəlmanlara deyil, bütün digər ənənəvi din nümayəndələrinə də bərabər münasibət göstərilir. Onun sözlərinə görə, dini mənsubiyyətindən asılı olmayaraq bütün dindarlar bundan çox razıdırlar.

«Onlar hər zaman dövlətin yanında olduqlarını qeyd edir və bunu dövlətə və dövlətçiliyə xidməti borc kimi dəyərləndirirlər. Bilirsiniz, Azərbaycan dünyəvi dövlətdir, burada din dövlətdən ayrıdır. Amma dövlət həmişə dinin və dindarların yanındadır. Bunu ölkə Prezidenti hər dəfə qeyd edir. Qədim Şamaxı məscidinin, Gəncə İmamzadəsinin abadlaşdırılması və yenidən istifadəyə verilməsi, Bakıda möhtəşəm Heydər məscidinin inşa olunub dindarların istifadəsinə verilməsi, dini konfessiyalara dövlət büdcəsindən maliyyə yardımlarının ayrılması, rayon mərkəzlərindəki cümə məscidlərinin hər birinin abad və gözəl olması dövlətin dinə münasibətinin bariz nümunəsidir»- deyə, K.Abdullayev vurğulayıb.