YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur

«Ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir dövründə xalqımızın mənafeyinə xidmət edib». Bu fikri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, 1969-cu il 14 iyuldan başlayan böyük inkişaf yolu Azərbaycanın gələcək tərəqqisinin əsası oldu. Onun sözlərinə görə, həmin tarixdə  
Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi xalqımızın həyatında dönüş nöqtəsi oldu.

«1969-cu ilədək Azərbaycan SSRİ-nin tərkibində bütün sahə və istiqamətlər üzrə ən geridə qalmış ölkələrin başında gəlirdi. Amma Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olması respublikamızın tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarixdən sonra bütün sahələrdə həyata keçirilən islahatlar, görülən tədbirlər respublikamızın inkişafını təmin edən strateji əsas oldu.  Qısa müddətdə Azərbaycan İttifaq səviyyəsində sənaye istehsalının artım sürətinə görə ilk yerdə qərarlaşdı. Bununla yanaşı, kənd təsərrüfatı sənaye təməli üzərində inkişaf etdirildi və istehsal olunan məhsulların orta illik həcmi mütəmadi surətdə artırıldı. Eləcə də, hakimiyyətinin ikinci dövrü Ulu öndərimizin xilaskarlıq missiyası ilə xarakterizə olunur. Çünki 1993-cü ildə hakimiyyətə qayıdan Ulu öndərimiz Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdi. Heydər Əliyev ictimai-siyasi sabitliyi  bərpa etdikdən sonra Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Hazırda bu startegiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan böyük nailiyyətlərə imza atır. Bu, bir daha təsdiqləyir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur»- deyə, YAP İdarə Heyətinin üzvü vurğulayıb.