YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yaqub Mahmudov: Heydər Əliyev yeni Azərbaycanın qurucusudur

«Ulu öndər Heydər Əliyev bütün həyatı boyu xalqımız üçün misilsiz xidmətlər göstərib». Bu fikri AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov deyib.

Y.Mahmudov bildirib ki, hələ sövetlər dövründə  Azərbaycan hər cəhətdən ittifaqda geri qalırdı. Elmi-texniki tərəqqinin nailiyyətləri istehsalatda, demək olar ki, tətbiq olunmurdu. Onun sözlərinə görə, respublikanın düşdüyü bu ağır vəziyyətdə Azərbaycan rəhbərliyində mühüm dəyişiklik baş verdi. 1969-cu ildə Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü başlandı. «Azərbaycanın XX əsr tarixinin 50 ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, Onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev yeni Azərbaycanın qurucusudur. O, bu quruculuğu hələ XX əsrin 50-ci illərindən başlayıb. Tarixi inkişafın sonrakı gedişi sübut etdi ki, bugünkü yeni, müstəqil Azərbaycanı Heydər Əliyev hələ o zaman qurmağa başlamışdı. Xalq ilk addımlardanca Heydər Əliyevi rəğbətlə qarşıladı, Onu sevdi və arxasınca getdi. Beləliklə, Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. 1970-1985-ci illərdə Azərbaycanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də xalqın gələcəyini nəzərdə tutan güclü kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması idi. Belə ki, həmin illərdə iqtisadiyyatın sürətli və çoxşaxəli inkişafına uyğun olaraq respublikanın ali və orta ixtisas təhsili şəbəkəsi genişləndirildi. Keçmiş SSRİ-nin 170 qabaqcıl ali məkəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Eyni zamanda, hərbi təhsilin inkişafına da xüsusi diqqət yetirilirdi. Bir sözlə, Vətənimizin müstəqilliyə gedən yolunu hələ o zaman Heydər Əliyev başlamışdı.   Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə həyata keçirdiyi bütün əzəmətli quruculuq işlərinin böyük tarixi əhəmiyyəti bundan ibarət idi ki, xalqımızda milli qürur, milli mənlik şüuru oyandı, azadlıq, müstəqillik duyğuları baş qaldırdı. Bu, Heydər Əliyevin xalqımızın istiqlal mübarizəsi tarixində misilsiz xidmətidir. Bu gün də Azərbaycanda Heydər Əliyev siyasəti  yaşayır və bu siyasət əbədidir»- deyə, Y.Mahmudov vurğulayıb.