YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nursultan Nazarbayev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçılarına etimadı qoruyub saxlamaqla bağı çağırış edib

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev MDB Müdafiə Nazirləri Şurasının iclasının iştirakçıları ilə görüş keçirib. Nazarbayev görüşdə müntəzəm görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

N.Nazarbayev qeyri-sabit geosiyasi və dünya iqtisadiyyatının böhranlı vəziyyəti şəraitində Qazaxıstanın qonşu ölkələrlə sıx hərbi əməkdaşlıqda maraqlı olduğunu qeyd edib: "Dövlətlərimizin əldə etdikləri birgə təcrübə, eləcə də hərbi sahədə ümumi təhsil sahəsi, eyni tipli silahlarla təchizat, habelə xarici sərhədlərin mühafizəsinin ümumi məkanı sıx əlaqələrin gələcəkdə də qorunub saxlanmasından xəbər verir".

Dövlət başçısı, həmçinin müdafiə və hərbi-texniki əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb: "Hazırda biz hərbi texnikanın bəzi tərkib hissələrinin digər dövlətlərlə birgə istehsalatın həyata keçirilməsi üçün Qazaxıstana köçürülməsi üzərində düşünürük. Bununla əlaqədar biz müvafiq birgə müəssisələrin yaradılmasını tamamilə dəstəkləyəcəyik. Qonşu ölkələrin iqtisadi və daxili siyasi vəziyyətləri Qazaxıstana təsir edir, ona görə də biz qonşularımızın, müttəfiqlərimizin Birlik çərçivəsində də uğurla inkişaf etmələrini səmimi qəlbdən arzulayırıq".

N.Nazarbayev sonra müdafiə nazirlərini etimadı qoruyub saxlamağa çağırıb, iclas iştirakçılarına uğurlu və səmərəli iş arzulayıb.

Qeyd edək ki, bu gün Qazaxıstanın paytaxtı Astana şəhərində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun da iştirak etdiyi Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının növbəti iclası işinə başlayıb.