YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ukraynanın Prezidenti Pyotr Poroşenko Azərbaycanda rəsmi səfərdədir

Ukraynanın Prezidenti Pyotr Poroşenko iyulun 13-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ukraynanın Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Pyotr Poroşenkonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşıladılar.