YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Azərbaycanın öz məhsulları ilə xarici bazarlara çıxması ölkənin iqtisadi gücünü artıran mühüm amillərdəndir

«Ölkəmizin hədəflərindən biri qeyri-neft sənayesində yeni müəssisələrin yaradılması və bu sahədə istehsal imkanlarının daha da artırılması ilə bağlıdır». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, Azərbaycanın sənaye quruculuğu siyasəti dünyanın müasir trendlərini özündə ehtiva edən, ölkəmiz üçün rəqabətqabiliyyətli ixrac imkanları yaradan yeni sənaye sahələrinin və istehsalatların yaradılmasına istiqamətlənib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2014-cü ilin ölkəmizdə “Sənaye ili” elan olunması respublikamızda sənaye quruculuğuna verilən böyük önəmi təsdiqləyir.

«Prezident İlham Əliyevin yeni sənayeləşmə siyasəti ilə bağlı qarşıya qoyduğu mühüm vəzifələrdən biri də məhz ölkəmizdə sənayenin regional strukturunun təkmilləşdirilməsi və hər rayonda sənaye məhəllələrinin yaradılması ilə bağlıdır. Dövlət başçısı sözügedən müşavirədəki nitqində də bu məsələyə toxunaraq vurğulayıb ki, Azərbaycanda bir neçə sənaye mərkəzi yaradılmalıdır. Prezidentin bu tapşırıqlarının icrası ilə əlaqədar sənaye sahəsinin inkişafının və onun yeni regional strukturunun formalaşdırılmasının hüquqi bazasını təmin etmək üçün əməli addımlar atılıb. Ümumiyyətlə, yeni iqtisadi şəraitin meydana çıxartdığı mühüm çağırışlardan biri də ölkənin potensialından geniş istifadə edilməsi, respublikaya valyuta daxilolmalarının artmasına imkan yaradan perspektivli sahələrə maksimum diqqət yetirilməsi zərurəti ilə bağlıdır. Təbii ki, yeni sənaye müəssisələrinin yaradılmasında əsas hədəflərdən biri də ölkənin ixrac potensialının gücləndirilməsidir. Azərbaycanın öz məhsulları ilə xarici bazarlara çıxması ölkənin iqtisadi gücünü artıran mühüm amillərdəndir. Hazırda bu istiqamətdə ciddi tədbirlər görülür»- deyə, T.Rzayev vurğulayıb.