YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi üzrə tədbirlərin reallaşdırılmasına 70 milyon dollar ayrılacaq

2016-2020-ci illər üçün BMT-Azərbaycan Tərəfdaşlıq Çərçivə Sənədi Azərbaycan hökuməti və xalqına bir sıra sahələr üzrə inkişafa dəstəyi nəzərdə tutur. Çərçivə Sənədi üzrə nəzərdə tutulan tədbirlərin reallaşdırılmasına təxminən 70 milyon ABŞ dolları məbləğində vəsait ayrılacaq.

Bu barədə BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai deyib.

"Vəsaitlər BMT, Avropa İttifaqı, Azərbaycan hökuməti, müxtəlif fondlar və digər donorlar tərəfindən təqdim ediləcək. Saziş çərçivəsində yeni iş yerlərinin yaradılması, səhiyyə, təhsil sahələrinin inkişafı, aqrar sektorun istehsalının artırılması, ətraf mühitin mühafizəsi və digər sahələr diqqət mərkəzində olacaq", - deyə Q.İsakzai qeyd edib.