YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Nuşirəvan Məhərrəmli: Azərbaycan dili məsələsi hər kəsin vətəndaşlıq məsələsi olmalıdır

«Ümumiyyətlə, Azərbaycan dilinin inkişafı, onun zənginləşməsi çox mühüm məsələdir. Hesab edirəm ki, bu sahədə ziyalılara böyük ehtiyac var. Bu gün internet dili beynəlxalq insanlar tərəfindən qəbul olunub. Eyni zamanda, biz milli özünümüdafiə məsələlərinə xüsusi yer verməliyik. Ölkəmiz Azərbaycan dilinin rəsmi dövlət dili kimi işlənməsinə xüsusi önəm verir». Bu fikirləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli  deyib.

N.Məhərrəmli xatırladıb ki, ötən il Prezident İlham Əliyev "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı" haqqında sərəncam imzalayıb. Həmin sərəncamda da bildirilir ki, bu gün Azərbaycan dilinin milli dövlətçiliyin başlıca rəmzlərindən olaraq istifadəsi və əsaslı tədqiqi, ölkədə dilçilik elmi sahəsində vəziyyətin yaxşılaşdırılması üçün əlverişli zəmin yaradılıb. Eyni zamanda, elm və texnikanın sürətlə inkişaf etdiyi hazırkı qloballaşma dövrü Azərbaycan dilinin zənginləşməsi və tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir.

«Hesab edirəm ki, bu sözlər bizim üçün əsas iş olmalıdır. Bir sıra telekanallarla görüşüb mövcud məsələləri müzakirə edirik. Bu sahədə digər problem isə aparıcılara nitq, dillə bağlı treninqlərin keçirilməsi idi. Etiraf edim ki, bu məsələ çox çətin məsələdir. Azərbaycan dili məsələsi hər kəsin vətəndaşlıq məsələsi olmalıdır. Media bu məsələdə daha öndə olmalıdır. Eləcə də, vətəndaş cəmiyyətləri, qeyri-hökumət təşkiları və s. bu istiqamətdə öz işlərini qurmalıdır»- deyə, N.Məhərrəmli vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv