YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hadi Rəcəbli: Dövlət sosial məsələlərin həllini daim diqqət mərkəzində saxlayır

«2016-cı ilin birinci yarısı sosial sahənin vəziyyəti baxımından müsbətdir». Bu fikri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.

H.Rəcəbli bildirib ki, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətdə sosial sahə prioritet istiqamətdir. Onun sözlərinə görə, bu fakt dövlətimizin sosialyönümlü olduğunu göstərir.

«Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin keçirilən iclasında vurğulandı ki, bu ilin ötən dövründə  90 minə yaxın yeni iş yeri açılıb. Bunun da 78 mini daimi iş yeridir. Ümumilikdə, dövlət sosial məsələlərin həllini daim diqqət mərkəzində saxlayır. Nəzərə alaq dünya iqtisadi böhranı nəticəsində bu il bir sıra ölkələrdə maaşlar, pensiyalar azalıb. Amma Azərbaycanda isə dövlət başçısı tərəfindən maaşlar və pensiyalar 10 faiz artılıb. Bu, dövlətin sosial məsələlərə verdiyi önəmin göstəricisidir»- deyə, H.Rəcəbli vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv