YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlin altı ayında Azərbaycanda 78 min daimi iş yeri açılıb

İlin altı ayında Azərbaycanda 78 min daimi iş yeri açılıb. Ümumiyyətlə, iş yerlərinin açılması 90 minə yaxındır. Amma onlardan 78 mini daimi iş yeridir. Bu da çox müsbət haldır. Çünki ilin əvvəlində müəyyən narahatlıq var idi ki, bəzi iş yerləri bağlanır. Düzdür, 26 min iş yeri bağlanıb. Ancaq 78 min iş yeri açılıb.

Bu barədə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.

Dövlətimizin başçısı görülən tədbirlər nəticəsində, o cümlədən dövlət şirkətlərinin xətti ilə açılmış iş yerlərinin sayı hesabına burada da müsbət dinamikanın müşahidə edildiyini, özəl sektorda da bu işlərin getdiyini diqqətə çatdırıb. “Özəl sektora da dövlət qurumları tərəfindən çox ciddi tövsiyə edilib ki, onlar ixtisarlara getməsinlər, bir qədər az pul qazansınlar, ancaq insanları küçələrə tökməsinlər”, - deyən Prezident İlham Əliyev özəl sektorun da özünü çox məsuliyyətli apardığını vurğulayıb. “Bu da təbiidir. Çünki özəl sektor uzun illərdir ki, dövlət tərəfindən çox böyük dəstək - həm siyasi, həm də ki, maddi dəstək alır. Güzəştli şərtlərlə verilən kreditlərin həcmi 1 milyard dolları ötüb. Ona görə, əlbəttə, özəl sektor da sosial məsuliyyət daşımalıdır. Ona görə, bax, 78 min iş yeri açılıb, 26 min iş yeri bağlanıb. Deməli, 50 mindən çox yeni iş yerləri açılıb və bu da çox müsbət haldır”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv