YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxıstan XİN: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni vasitəçiləri cəlb etmək lazım deyil

Dağlıq Qarabağ münaqişəsini nizamlamaq üçün yeni vasitəçiləri cəlb etmək lazım deyil, Minsk qrupunun razılaşmalarının reallaşdırılmasını təmin etmək kifayətdir.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın xarici işlər naziri Erlan İdrisov deyib.

Onun fikrincə, Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prinsipləri dəqiq formalaşdırılıb, buna görə də həmin razılaşmaların reallaşdırılmasını təmin etmək lazımdır.