YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanlı deputat ATƏT PA-nın vitse-prezidenti vəzifəsinə seçilib

İyulun 5-də Tbilisidə ATƏT Parlament Assambleyasının prezidenti və vitse-prezidenti vəzifələrinə seçki keçirilib.

Azərbaycan Milli Məclisinin deputatı, ATƏT PA-dakı nümayəndə heyətimizin üzvü Azay Quliyev səs çoxluğu ilə bu beynəlxalq təşkilatın vitse-prezidenti seçilib.

ATƏT PA-nın prezidenti vəzifəsinə isə Avstriyadan olan deputat Kristin Muttonen seçilib.

Xatırladaq ki, Assambleyanın prezidenti vəzifəsinə Gürcüstan, Fransa və Avstriyadan, vitse-prezidenti vəzifəsinə isə Azərbaycan, Litva, Rumıniya və Portuqaliyadan olan deputatların namizədlikləri irəli sürülmüşdü.

Parlament Assambleyasının 119 üzvü Azay Quliyevin namizədliyinin lehinə səs verib.

A.Quliyev 2013-cü ildən 2016-cı il iyulun 4-dək ATƏT-in siyasi məsələlər və təhlükəsizlik komitəsinin sədr müavini olub.