YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bilal Dündar: Prezident İlham Əliyevin Qurultayda qaldırdığı məsələlər Azərbaycanı sevən hər kəsin qəlbində böyük sevinc yaratdı

Dünya Azərbaycanlılarının IV Qurultayının qərarları təkcə Azərbaycan xalqının yox, bütün türk dünyasının birliyinin möhkəmlənməsinə fayda verəcək. Biz bu qərarlardan uzun illər fəaliyyət proqramı kimi bəhrələnəcəyik.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin İzmit şəhərində fəaliyyət göstərən Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar deyib. O bildirib: “Prezident İlham Əliyevin proqram xarakterli çıxışında səsləndirilən fikirlər, dünya azərbaycanlıların birliyi naminə verilən mesajlar, o cümlədən Azərbaycan dövlətçiliyi işığında birləşmək çağırışları, ümumiyyətlə dövlət başçısının qaldırdığı bütün məsələlər Azərbaycanı sevən hər kəsin qəlbində böyük sevinc yaratdı”.

Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının yaradılmasının Azərbaycan diasporunun inkişafına böyük təkan verəcəyinə əmin olduğunu bildirən B.Dündar qeyd edib ki, onun da təmsil olunduğu Şura qısa zaman kəsiyində diaspor sahəsində əhəmiyyətli canlanma yaratmaq iqtidarındadır.