YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Bayram günlərində məhsulların keyfiyyətinə və qiymətlərinə ciddi riayət edilməlidir

Yarmarkada məhsulların keyfiyyət və qiymətlərinin tənzimlənməsinə ciddi riayət olunması, süni qiymət artımına yol verilməməsi, vətəndaşlara yüksək səviyyəli xidmətin təşkil olunmalıdır

Trend-in məlumatına görə, bunu bu gün Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Əhmədov Sumqayıt şəhərində şənbə, bazar və bayram günlərində keçirilən kənd təsərrüfatı məhsullarının ənənəvi satış yarmarkasına baş çəkərkən bildirib.

Ə.Əhmədov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovla yarmarkada satışa çıxarılan məhsulların qiyməti və keyfiyyəti ilə maraqlanıb. Yarmarkaya gələn sakinlərlə görüşən Baş nazirin müavini əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması, ölkəmizdə aqrar sektorun inkişafı, kənd təsərrüfatı məhsullarına artan tələbatın lazımi səviyyədə ödənilməsi istiqamətində dövlət tərəfindən görülən işlər barədə məlumat verib.

O, kənd təsərrüfatı yarmarkalarının vətəndaşlara bol çeşiddə və keyfiyyətli məhsulların təqdim olunması, qiymətlərin tənzimlənməsi və süni bahalaşmanın qarşısının alınması baxımından əhəmiyyətini vurğulayıb, bu yarmarkada da məhsulların keyfiyyət və qiymətlərinin qənaətbəxş olduğunu bildirib.

Şəhər sakinləri və yarmarkada iştirak edənlər yaradılan şəraitdən, o cümlədən məhsulların keyfiyyət və qiymətlərindən razılıqlarını ifadə edərək Azərbaycan hökuməti tərəfindən həyata keçirilən siyasəti dəstəklədiklərini vurğulayıblar.

Ə.Əhmədov yarmarkada məhsulların keyfiyyət və qiymətlərinin tənzimlənməsinə ciddi riayət olunması, süni qiymət artımına yol verilməməsi, vətəndaşlara yüksək səviyyəli xidmətin təşkili ilə bağlı tövsiyyələrini bildirib.

Sonda Baş nazirin müavini qarşıdan gələn Ramazan bayramı münasibətilə sakinləri təbrik edib, xalqımıza sülh və əmin-amanlıq arzulayıb.