YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Qonşu dövlətlərin münasibətlərində yaxınlaşma və qarşılıqlı anlaşma Azərbaycan üçün də faydalıdır

«Türkiyə-Rusiya münasibətlərinin normallaşması nəinki həmin ölkələr, eləcə də Avropa və dünya dövlətləri üçün də əhəmiyyətlidir». Bu fikri Milli Məclisin deputatı  Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, mehriban dostluq və əməkdaşlıq əlaqələri ölkələrdə baş verən bir sıra siyasi, iqtisadi və humanitar böhranın aradan qaldırılması, sabitliyin bərpa edilməsi, terrorla mübarizənin kəskinləşməsi baxımından da vacibdir. Onun sözlərinə görə,  Rəcəb Tayyib Ərdoğanın və Vladimir Putinin hadisələri reallıqla qiymətləndirərək bir araya gəlməsi hər iki ölkənin gələcək inkişafı üçün geniş imkanlar açır.

«Qonşu dövlətlərin münasibətlərində yaxınlaşma və qarşılıqlı anlaşma Azərbaycan üçün də faydalıdır. Azərbaycanı hər iki ölkə ilə dostluq əməkdaşlıq münasibətləri birləşdirir və əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir. İndiki şəraitdə Türkiyə, Rusiya və Azərbaycanın vahid mövqedən çıxış etməsi və dostluq münasibətlərinin möhkəmləndirilməsi hər 3 ölkədə ictimai-siyasi sabitliyin qorunmasına, bəzi münaqişələrin həll olunmasına, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin aradan qaldırılmasına bir zəmanət ola bilər»- deyə, T.Rzayev qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv