YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Azərbaycan elminin gələcək hədəfləri ilə bağlı mühüm tədbirlər həyata keçirilir

«Uğurla yekunlaşan “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” elmimizin ayrı-ayrı sahələrinin inkişafına, elm və təhsilin inteqrasiyasına təkan verib». Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, milli strategiyada Azərbaycan elminin gələcək hədəfləri və elmi fəaliyyətdə nəzərdə tutulan bir sıra mühüm istiqamətlər öz əksini tapıb. Onun sözlərinə görə, bütün bunlarla bağlı ötən dövr ərzində vacib tədbirlər həyata keçirilib.

«Hazırda AMEA-da prioritet fəaliyyət istiqamətlərindən birinin respublikada elmin inkişaf doktrinasının hazırlanmasıdır. Bunun üçün, ilk növbədə, AMEA-da müxtəlif elm sahələrinin mövcud vəziyyəti və qarşıda duran vəzifələri institut və bölmələr tərəfindən müəyyənləşdirilməli, daha sonra rəyasət heyətinin müzakirəsinə çıxarılmalıdır»- deyə, akademik vurğulayıb.