YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında inkişaf edir

Azərbaycan ilə Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf edir.

Bu fikir Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun iyunun 30-da Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun ilə görüşündə səsləndirilib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə Elmar Məmmədyarov iyunun 28-də İstanbulun Atatürk Hava Limanında törədilmiş qanlı terror aktı ilə əlaqədar həmkarı Mövlud Çavuşoğluna dərin hüznlə başsağlığı məktubu göndərdiyini qeyd edib, yaralananların tezliklə şəfa tapmasını dilədiyini bildirib.

Görüşdə ikitərəfli əlaqələrin inkişaf perspektivləri, regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.