YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İttifaqı kənd yerlərinin inkişafı üçün Azərbaycana 7,2 milyon avro ayırıb

Avropa İttifaqı (Aİ) Kənd Təsərrüfatının İnkişafına Dəstək Proqramı (RDSP) çərçivəsində kənd yerlərinin inkişafı üçün Azərbaycana 7,2 milyon avro ayırıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən bildirilib ki, layihə kənd yerlərinin və regionların inkişafı üçün nəzərdə tutulub. Layihə ərzaq təhlükəsizliyinin, qida məhsullarının təhlükəsizliyinin və fitosanitar nəzarətin təmin olunması vasitəsilə regionlarda kənd təsərrüfatının inkişafı üçün islahatların həyata keçirilməsini nəzərdə tutur.

Proqram çərçivəsində Aİ Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və s. ilə əməkdaşlıq edəcək.

Kənd Təsərrüfatının İnkişafına Dəstək Proqramının ümumi büdcəsi 19 milyon avrodur. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard deyib: Azərbaycan əhalisinin 46 faizi demək olar ki, kənd yerlərində və kiçik şəhərlərdə yaşayır. Bu və ya digər layihələrlə Avropa İttifaqı kənddə həyat səviyyəsinin yüksəlməsini dəstəkləyir.