YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyad Səmədzadə: Vergi Məcəlləsinə edilən son dəyişiklik Azərbaycana xarici turistləri cəlb edəcək

«Vergi Məcəlləsinə edilən son dəyişiklik Azərbaycana xarici turistləri cəlb etmək və onlar tərəfindən ölkə ərazisində mal və məhsulun alışını təşviq etmək məqsədini daşıyır». Bu fikri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Z.Səmədzadə bildirib ki, Azərbaycanda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkə ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilən əlavə dəyər vergisinin qaytarılması sisteminin, yəni “Tax free”nin tətbiqi əmtəə dövriyyəsinin artması ilə nəticələnib.

«Geri qaytarılmış əlavə dəyər vergisinin məbləğinin isə ticarətdə iqtisadi aktivliyin artması fonunda əldə ediləcək mənfəətdən tutulan vergilər hesabına kompensasiya olunması  nəzərdə tutulur»- deyə, komitə sədri vurğulayıb.