YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Erməni tərəfi həmişə görüşlərdən imtina edir

«AŞPA sədri ilə çox konstruktiv görüş keçirdik və hesab edirəm ki, hər dəfə sessiyada AŞPA sədri ilə görüşərək fikir mübadiləsi aparmaq ümumilikdə Azərbaycan və Avropa Şurası arasındakı münasibətlərə müsbət təsir edir». Bu fikri Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, görüşdə əsas mövzulardan biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub. Onun fikrincə, AŞPA-da Ermənistan və Azərbaycan nümayəndə heyətlərinin arasında görüşlərin təşkil edilməsi zəruridir.

 «Biz bu görüşlərə çoxdan hazırıq, ancaq erməni tərəfi həmişə bu görüşlərdən imtina edir. Əminəm ki, nə qədər imtina etsələr də, nə vaxtsa gəlib masa arxasına oturacaqlar. Çalışırıq ki, üzümüzə gələn növbəti sessiyada belə bir görüş keçirilsin və biz parlament səviyyəsində həm münaqişə ilə bağlı, həm də Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin AŞPA-nın fəaliyyəti ətrafında müzakirələr aparaq. Hesab edirəm ki, bu, çox ciddi bir məsələdir» -deyə, S.Seyidov vurğulayıb.