YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın iclası keçiriləcək

İyunun 28-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 6-cı iclası keçiriləcək.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, iclasda Azərbaycan və Macarıstan arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın 5-ci iclasından ötən dövr ərzində görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək.

Qeyd edək ki, Birgə Komissiyanın Azərbaycan tərəfdən həmsədri iqtisadiyyat naziri Şahin Mustafayev, Macarıstan tərəfdən isə bu ölkənin xarici işlər və ticarət naziri Piter Siyartodur.

Macarıstan nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlərin keçirilməsi də nəzərdə tutulur.