YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

AŞPA komitəsində keçirilən səsvermədə azərbaycanlı deputat erməni parlamentariyə qalib gəlib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun sosial məsələlər, səhiyyə və davamlı inkişaf komitəsinin iclası keçirilib.

AŞPA-nın uşaqlar üzrə baş məruzəçisi Sevinc Fətəliyevanın yaz sessiyasında təqdim etdiyi sənəd Büroda təsdiq olunaraq komitəyə göndərilib.

Komitənin bugünkü iclasında azərbaycanlı deputatın təklif etdiyi sənədlə bağlı məruzənin hazırlanması qərara alınıb. Məruzənin hazırlanması üçün Sevinc Fətəliyevanın namizədliyi irəli sürülüb. Ancaq erməni deputat Naira Karapetyan məruzələrin həmişə eyni şəxslər tərəfindən hazırlandığına etiraz edərək öz namizədliyini irəli sürüb. Komitə iki namizəd olduğu üçün səsvermə keçirib.

Sevinc Fətəliyeva 12 səs lehinə, 6 səs əleyhinə olmaqla erməni deputata qalib gəlib və məruzənin hazırlanması azərbaycanlı parlamentariyə həvalə olunub.