YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vaxtanq Kapanadze: Azərbaycan Ordusu böyük potensiala malikdir

Azərbaycan Ordusu dinamik inkişaf edir və böyük potensiala malikdir.

Bu sözləri jurnalistlərə müsahibəsində Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Vaxtanq Kapanadze deyib.

“Hər bir ölkə üçün, eləcə də region üçün sülh çox vacibdir. Azərbaycan Ordusu öz inkişafı, mükəmməl maddi-texniki bazası ilə sülhün bərqərar olmasında mühüm rol oynaya biləcək bir qüvvədir. Biz dost və qardaş ölkə olan Azərbaycan ilə hərbi sahədə, xüsusən də regionun təhlükəsizliyi məsələsində əməkdaşlıqda maraqlıyıq. Bu gün biz birgə təlimlər və digər tədbirlər keçiririk. Hərbi qulluqçularımızın kadr hazırlığı da diqqət mərkəzindədir. Zabitlərimiz təcrübə mübadiləsi aparırlar, - deyə Baş Qərargah rəisi bildirib.

V.Kapanadze Azərbaycanın hərbi sənaye kompleksinin də dinamik inkişaf etdiyini vurğulayıb və deyib ki, Gürcüstan bu sahədə də Azərbaycan ilə əməkdaşlıqda maraqlıdır.