YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ səfiri: Sankt-Peterburq görüşündə əldə olunan müsbət tempi alqışlayırıq

Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirdikləri görüş zamanı danışıqlarda əldə olunan müsbət tempi alqışlayırıq.

Bu fikri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta jurnalistlərə müsahibəsində deyib.

Səfir bildirib ki, bu müsbət irəliləyiş Vyanada ABŞ-ın vasitəçiliyi və ATƏT-in Minsk qrupunun həmsədrlərinin köməyi ilə keçirilən görüşün davamı xarakteri daşıyır. O qeyd edib ki, həmsədrlər və həmsədr ölkələr münaqişə tərəflərini bir araya gətirməyə çalışırlar və əsas məqsəd hərtərəfli sülh sazişinin əldə olunmasına kömək etməkdir.