YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkonu təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya Müstəqillik Günü münasibətilə  təbrik ünvanlamışdır. 

Təbrikdə deyilir: "Hörmətli Aleksandr Qriqoryeviç,

Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Belarus xalqını ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu gün dost Belarus dövlətçiliyin və qanunçuluğun möhkəmlənməsi, dinamik inkişaf və tərəqqi yolunda inamla irəliləyir.
Azərbaycan ilə Belarusu hazırda strateji tərəfdaşlıq xarakteri almış ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bağlayır. Əminəm ki, bizim dövlətlərarası münasibətlərimiz, ölkələrimizin və xalqlarımızın firavanlığı naminə qarşılıqlı dəstək və qarşılıqlı anlaşma bundan sonra da genişlənəcək və möhkəmlənəcəkdir.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq diləyirəm."

DİGƏR Xəbərlər Arxiv