YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Qəhrəmanova: Azərbaycanda həyata keçirilən ailə institutu siyasəti bir çox digər dövlətlərə nümunədir

«Ailə, qadın və uşaq mövzusu, onların hüquqlarının müdafiəsi bu gün cəmiyyətimizin ən aktual məsələlərindəndir». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova deyib.

S.Qəhrəmanova bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu məsələ dövlət siyasətinin ən vacib elementlərindən birinə çevrilib. Onun sözlərinə görə, müvafiq istiqamətdə önəmli tədbirlərin həyata keçirilməsi dövlətimiz qarşısında duran bir nömrəli məsələ olub.

«Azərbaycanda ailə institutu siyasəti olduqca önəmli amildir. Cəmiyyətimizin təməli də, insan hüquqlarının pozulması halları da ailədən başlayır. Bu baxımdan ailə münasibətlərinin formalaşması və bu mövzunun dərindən araşdırılması, hər bir ailənin hüquqlarının qorunmasına fərdi yanaşma önəmli məsələlərdir. Kiçik dövlət olan ailədə qadının hüquqları qorunursa, onun təhsilinə, cəmiyyətdə fəal iştirakına şərait yaradılırsa gələcəkdə güclü nəslin yetişdirilməsində bu amil həlledici rola malik ola bilər. Azərbaycanda həyata keçirilən ailə institutu siyasəti bir çox digər dövlətlərə nümunədir. Beynəlxalq təşkilatların ölkəmizdə müvafiq istiqamətdə təcrübəni araşdırması artıq ailə anlayışına Azərbaycanda nə dərəcədə önəm verilməsindən xəbər verir»- deyə, S.Qəhrəmanova vurğulayıb.