YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sona Salmanova: Həyata keçirilən siyasi-sosial kursun prioritet istiqaməti məhz insan hüquqlarının müdafiəsidir

«Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi-sosial kursun prioritet istiqaməti məhz insan hüquqlarının müdafiəsidir». Bu fikri Konstitusiya Məhkəməsi sədrinin müavini Sona Salmanova deyib.

S.Salmanova bildirib ki, dünyada müşahidə edilən inteqrasiya prosesləri fonunda demokratik inkişaf yolu tutmuş hər bir dövlətin qarşısında insan hüquq və azadlıqlarının təmini, onların tam həcmdə həyata keçirilməsi vəzifəsi durur.

«Müasir dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi ilə cəmiyyət və dövlət həyatında demokratik dəyişikliklər üçün geniş yol açılıb, insan və vətəndaş hüquq və azadlıqlarının təminatına, onların müdafiə mexanizmlərinə xüsusi yer verilib. Əsas Qanunun ən geniş fəsli məhz fundamental insan hüquq və azadlıqlarından bəhs edir. Eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğu xüsusi vurğulanıb. 2002-ci il avqustun 24-də Konstitusiyaya edilən əlavə və dəyişikliklərin bir qismi insan hüquq və azadlıqlarının məzmununun genişləndirilməsinə xidmət edib. Həmin dəyişikliklərdən sonra Konstitusiya Məhkəməsinə müraciət etmək hüququna malik subyektlərin dairəsi də əhəmiyyətli dərəcədə genişlənib. Bu məhkəmənin əsas məqsədi Konstitusiyanın aliliyini təmin etməklə hər kəsin əsas hüquq və azadlıqlarının müdafiəsidir»- deyə, S.Salmanova vurğulayıb.