YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Formula-1-in yüksək səviyyədə keçirilməsi Azərbaycanın əsl idman ölkəsi olduğunu bir daha sübut edir

Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışı ABŞ-ın idman kanallarının diqqətindən də kənarda qalmayıb. ABŞ-dakı Azərbaycan icmasının üzvləri Avropa Qran-prisinə məşhur NBC kanalı vasitəsilə baxmaq üçün ölkəmizin Vaşinqtondakı səfirliyində toplaşıblar.

Səfirliyin müşaviri Məmməd Talıbov bildirib ki, Avropa və Asiyanın qovuşuğunda yerləşən Azərbaycanda “Formula 1” yarışının keçirilməsi onun əsl idman ölkəsi olduğunu bir daha sübut edir. Azərbaycan dünyada idman mərkəzi kimi şöhrət qazanan müasir Avropa ölkəsi kimi tanınır.

Bildirilib ki, yüksək səviyyədə təşkil edilən bu idman yarışını dünyada yüz milyonlarla tamaşaçı izləyir. O, yarış çərçivəsində müxtəlif əlavə tədbirlərin keçirildiyini, dünya şöhrətli musiqiçilərin konsert verdiklərini də diqqətə çatdırıb. Diplomat vurğulayıb ki, bu yarış tarixə Azərbaycanın qazandığı yeni bir uğur kimi düşəcək.