YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Ermənistan hakimiyyəti əhalinin etirazını sakitləşdirməkdən ötrü müxtəlif vasitələrə əl atır

«Ermənistan hakimiyyəti əhalinin etirazını sakitləşdirməkdən ötrü müxtəlif vasitələrə əl atır». Bu fikri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, belə vasitələrdən biri də  təxribatlar törətmək və cəbhədə atəşkəs rejimini pozmaqdır. Onun sözlərinə görə, Sarkisyan rejimi artıq çətin duruma düşüb.

«Hakimiyyətin  aksiyaları güc tətbiq edərək dağıtması, daha sonra isə müəyyən güzəştlərin ediləcəyi barədə vədləri effekt vermədi. Belə olan halda, hakimiyyət ənənəvi üsula əl ataraq, cəbhədə təxribat yaratmaqla diqqəti yayındırmağa çalışır. Bu onların dəyişməz üsuludur»- deyə, deputat qeyd edib.