YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dünya Bankı Azərbaycana 66,7 milyon dollar dəyərində kredit ayırıb

Dünya Bankının (DB) Direktorlar Şurası Azərbaycanda "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanları layihəsi"nə 66,7 milyon ABŞ dolları dəyərində əlavə maliyyələşdirməni təsdiq edib.

Layihənin məqsədi məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və onların iqtisadi müstəqilliyinin artırılmasıdır. Layihə su və elektrik enerjisi təchizatı, yollar, drenaj sistemləri, məktəblər və səhiyyə ocaqları kimi icma infrastrukturun bərpasını dəstəkləyəcək. Bundan başqa, layihəyə gənc məcburi köçkünlər üçün təlim və biznesin inkişafı imkanları, gəlirin formalaşdırılması və mikro-kredit komponentləri daxildir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildə Dünya Bankına qoşulub. O vaxtdan etibarən Azərbaycanın, ümumilikdə, 55 layihə üzrə öhdəlikləri 3 milyard dollardan artıqdır. Bankın Azərbaycandakı cari layihə portfeli 11 aktiv layihədən ibarətdir.