YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaşda səsvermə prosesini veb-kameralar vasitəsilə onlayn izləmək mümkündür

Milli Məclisə təkrar seçkilərlə əlaqədar Ağdaş rayonunda 40 seçki məntəqəsindən 10-da veb-kameralar quraşdırılıb.

Veb-kameralar 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi 2, 4, 5, 9, 10, 11, 13, 17, 20, 21 saylı seçki məntəqələrində quraşdırılıb. Ağdaş şəhərində yerləşən 5 saylı seçki məntəqəsində səsvermə prosesini müşahidə edən Gülər Hacıyeva AZƏRTAC-a bildirib ki, vətəndaşlar seçkidə fəal iştirak edirlər. Burada yerli müşahidəçilər səsvermə prosesini diqqətlə izləyir və hələlik heç bir qanun pozuntusuna rast gəlməyiblər.

“Məntəqəmizdə səhər saatlarından seçici sıxlığı müşahidə edilir. Seçicilər səsvermədə həvəslə iştirak edərək istədiyi namizədə səs verirlər. Artıq 3 saatdır ki, səsvermə prosesi şəffaf və demokratik şəkildə davam edir. İndiyədək seçki məntəqəsində 1359 seçicidən 512 nəfəri səsvermədə iştirak edib”, - deyə G.Hacıyeva deyib.

 

DİGƏR Xəbərlər Arxiv