YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niko Hülkenberq: Bakı trasında bir çox döngələrdə pilotdan cəsarət tələb olunur

Bakıdakı ilk məşqdə vaxta görə onuncu yeri tutan alman pilot, “Le Man 24 saat” yarışının qalibi (2015), Almaniya yığmasının tərkibində “A1 Grand Prix” üzrə Dünya Kubokunun sahibi (2006-2007), “GP2” seriyası çempionu (2009), “Formula-3” Avropa seriyasının çempionu (2008), “F3 Masters”-in çempionu Niko Hülkenberq yeni tras haqqında təəssüratlarını bölüşərək deyib: “Bu, yetərincə mürəkkəb trasdır, bir çox döngələrdə pilotdan cəsarət tələb olunur. “Formula-1” maşınlarının sürəti nə qədər artıra biləcəyini nəzərə alsaq, tras həm də çox dardır. Həqiqətən heç də asan tras deyil. Enişdə 13, 14, 15-ci döngələr və hətta yoxuşda sürətli sol dönmə pilotdan cəsarət tələb edir. Çox qeyri-adi trasdır”.