YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərə start verilib

İyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının əhatə etdiyi seçki məntəqələrində Milli Məclisə təkrar seçkilərə start verilib.

40 seçki məntəqəsi səhər saat 8.00-da öz qapılarını seçicilərin üzünə açıb. Səsvermə prosesi başlayan kimi seçki hüququ olan vətəndaşlar məntəqələrə gələrək namizədlər arasında növbəti beş ildə Milli Məclisin deputatı görmək istədikləri şəxsə səs verirlər. Məntəqələrin qarşısına toplaşan seçicilər nizamlı surətdə içəri daxil olur, şəxsiyyət vəsiqələrini təqdim edərək bülleten götürür və səsvermə kabinəsinə keçirlər. Burada istəklərinə uyğun qeyd apardıqdan sonra bülleteni seçki qutusuna atırlar. Bütün proses məntəqədə olan müşahidəçilər tərəfindən diqqətlə izlənilir. Seçicilər məntəqələrdəki səliqə-sahmandan, səsvermənin azad və şəffaf keçirilməsi üçün yaradılan şəraitdən razılıq edirlər.

90 saylı Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nurəddin Nəsibov bildirib ki, son siyahıya əsasən, seçicilərin sayı 40 min 203 nəfərdir. Ümumilikdə, 241 nəfər ilk dəfə səs verən seçici qeydiyyata alınıb. Səsvermənin azad, demokratik və şəffaf keçməsi üçün bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, zəruri texniki vasitələrlə, o cümlədən mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilib. Seçki məntəqələrinin 10-da veb-kameralar quraşdırılıb ki, bu da səsvermənin gedişini internet vasitəsilə onlayn izləmək imkanı yaradır. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarını təmsil edən 557 nəfər yerli, habelə beynəlxalq təşkilatlardan olan çoxlu sayda xarici müşahidəçi izləyir. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gələ bilməyən vətəndaşların yaşadığı evə daşınan seçki qutuları aparılır və onların seçkidə iştirakı təmin edilir.

Nurəddin Nəsibov qeyd edib ki, bütün seçki məntəqələrinə səsvermə kabinələri, seçki qutuları, dəftərxana ləvazimatı, inventar və texniki avadanlıqlar paylanılıb. Həmçinin rayonda seçici siyahıları bir neçə dəfə dəqiqləşdirilib, hərbi xidmətdən qayıdan gənclərin, yeni ailə quranların və yaşayış yerini dəyişənlərin adları müəyyənləşdirilib. Məntəqələrdəki məlumat guşəsində seçkilərin azad və şəffaf keçirilməsinə şərait yaradan qanunvericilik aktları, seçicilərin hüquq və vəzifələrini, seçkilərin gedişi zamanı qanun pozuntusuna görə məsuliyyəti əks etdirən materiallar qoyulub.

 

DİGƏR Xəbərlər Arxiv