YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mobil Məmmədov: Dünya Azərbaycanlılarının IV Qurultayı diaspor tarixində yeni səhifə açdı

Dünya Azərbaycanlılarının IV Qurultayı, sözün əsl mənasında, diaspor tarixində yeni bir səhifə açdı. Azərbaycan Prezidenti İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqi qarşımızda yeni vəzifələr qoydu.

Bu fikirləri Özbəkistandakı Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri Mobil Məmmədov AZƏRTAC-a müsahibəsində söyləyib.

M.Məmmədov bildirib ki, Prezident İlham Əliyev nitqində diasporla əlaqədar olduqca vacib və strateji məsələlərə toxunub. Ən mühüm məsələ odur ki, Prezident həm problemləri səsləndirdi, həm də bu problemlərdən çıxış yolunu göstərdi. Biz bugünkü güclü Azərbaycanla fəxr etməli, imkanlarımızı düzgün qiymətləndirməliyik.

Bu gün bütün sahələrdə qazandığımız uğurlar, şübhəsiz, ulu öndər Heydər Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir. Məhz Ulu Öndərin təşəbbüsü ilə Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib, 2002-ci ildə Heydər Əliyevin Sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi adlanan qurum bu istiqamətdə böyük iş görür. Prezident İlham Əliyev qurultayda vurğuladı ki, əgər 2001-ci ildə dünyada 200 diaspor təşkilatı var idisə, hazırda onların sayı 462-dir.

Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin sədri ötən müddətdə diaspor təşkilatlarının xeyli iş gördüyünü, diaspor fəallarımızın təşkilatlandığını, Azərbaycanın tanıdılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü iş apardığını bildirib. O deyib ki, Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm də keyfiyyət baxımından böyük yol keçib.

Mobil Məmmədov Prezident İlham Əliyevin diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı aşağıdakı fikirlərinin xüsusi önəm kəsb etdiyini söyləyib: “Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. İlk növbədə, əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək”.

“Xaricdə yaşayan diasporumuza bundan böyük hörmət və dəstək ola bilərmi? Biz bundan sonra daha çox işləməli, doğma Azərbaycanımızı daha çox təbliğ etməliyik”, - deyə Mərkəzin sədri qeyd edib.

Azərbaycan Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalına layiq görülməsindən danışan Mobil Məmmədov deyib: “Bu, bütövlükdə Özbəkistanda yaşayan və diaspor sahəsində fəaliyyət göstərən hər bir azərbaycanlıya verilən qiymət idi. Mən cənab Prezidentlə dərin minnətdarlığımı bildirirəm. Bu medal bizim üzərimizə tam fərqli bir məsuliyyət qoydu. Əminəm ki, biz bu məsuliyyəti layiqincə yerinə yetirəcəyik.