YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın qərargahında Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturizin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

İyunun 16-da Yeni Azərbaycan Partiyasının qərargahında Avropa Xalq Partiyasının baş katibi, Mərkəzçi Demokratlar İnternasionalının icraçı katibi Antonio-Lopez İsturiz və  Mərkəzçi Beynəlxalq Demokratların Avrasiya və Sakit okean regionu üzrə koordinatoru və Yeni üzvlüklər Komitəsinin vitse-prezidenti Cesar Mateo Rossello Lopez ilə görüş keçirilib.

Görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası və Mərkəzçi Demokratlar İnternasionalı arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Görüşdə YAP İcra katibinin müavinləri  Mübariz Qurbanlı və Siyavuş Novruzov iştirak edib.