YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seulda Azərbaycan-Koreya iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyasının ilk iclası keçirilib

Seulda Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclası keçirilib.

İclasdan əvvəl komissiyanın həmsədrləri – Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov və Koreyanın ticarət, sənaye və enerji nazirinin müavini Vu Tehee arasında keçirilən görüşdə ölkələrimizin münasibətlərinin hazırkı səviyyəsinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Komissiyanın ilk iclasında hər iki tərəfdən müxtəlif nazirliklərin, təşkilatların, səhmdar cəmiyyətlərin rəsmiləri iştirak ediblər.

İclasda hər iki tərəfdən müxtəlif qurumların nümayəndələri təmsil etdikləri sahələr üzrə əməkdaşlığın perspektivləri barədə təkliflər irəli sürüblər.

Müzakirələrdən sonra Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının protokolu imzalanıb.

Xatırladaq ki, 2006-2014-cü illərdə Azərbaycan və Koreya arasında ticarət və investisiya, sənaye, enerji və resurslar, tikinti, informasiya və kommunikasiya texnologiyaları, kənd təsərrüfatı kimi əməkdaşlığın müxtəlif sahələrini əhatə edən iqtisadi əməkdaşlıq üzrə işçi qrupu fəaliyyət göstərib. Həmin müddətdə işçi qrupunun Bakıda və Seulda 4 iclası keçirilib. “Azərbaycan Respublikası Hökuməti və Koreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”ə uyğun olaraq 2015-ci ildə Azərbaycan Hökuməti və Koreya Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiya yaradılıb.