Xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edirlər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hərbi qulluqçularımız iyunun 16-dək Türkiyənin İzmir şəhərində keçiriləcək əməliyyat planlaşdırması prosesində iştirak edirlər. Bundan başqa, hərbçilərimiz iyunun 17-dək Almaniyanın Oberammerqau şəhərində davam edəcək kiçik, yüngül silahlar və minalarla bağlı fəaliyyətlər kurslarına qatılıblar.