YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Müstəqil Azərbaycana gəlib onun müasir simasını görən həmvətənlərimiz bundan böyük sevinc hissi yaşayırlar

«Prezident İlham Əliyevin xaricdə yaşayan azərbaycanlıları Vətənlə əlaqə saxlamağa çağırması bir sıra nöqteyi-nəzərdən önəmlidir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, dünyanın ayrı-ayrı ölkələrində yaşayan həmvətənlərimizin ildə bir dəfə Azərbaycana üz tutmaları onların Vətənə bağlılıqlarının güclənməsinə, gənc nəslin vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, hazırda müstəqil Azərbaycan bütün sahələrdə özünün yeni intibah dövrünü yaşayır. Son illərdə dünyada Azərbaycan kimi dinamik inkişaf edən ölkə olmayıb.

«Hazırda qlobal miqyasda ayrı-ayrı dövlətlər ciddi kataklizmlərlə üzləşiblər. Qlobal miqyasda müşahidə edilən arzuolunmaz proseslərin fonunda Azərbaycan sabitlik, inkişaf və rifah adası kimi fərqlənir. Əlamətdar haldır ki, bu gün Azərbaycanın dinamik inkişafı yalnız paytaxtla məhdudlaşmır. Yüksək inkişaf, quruculuq bütün ölkəni əhatə edib. Bunun nəticəsidir ki, hazırda Bakı və digər iri şəhərlərlə bölgələr arasında fərq minimuma enib. Bütün bunlar istər doğma Vətəndə, istərsə də onun hüdudlarından kənarda yaşayan hər bir azərbaycanlı üçün, sözün əsl mənasında, qürur mənbəyidir. Müstəqil Azərbaycana gəlib onun müasir simasını görən həmvətənlərimiz, əlbəttə ki, bundan böyük sevinc hissi yaşayırlar. Dünya Azərbaycanlılarının IV Qurultayının keçirildiyi günlərdə də məhz belə oldu»- deyə, E.Məmmədov qeyd edib.