YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 6453,9 milyon ABŞ dolları təşkil edib

2016-cı ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 152 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 92 ölkəyə məhsul ixrac olunub, 143 ölkədən idxal olunub.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, yanvar-aprel aylarında xarici ticarət dövriyyəsi 6453,9 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 3859,7 milyon dollar, idxalın dəyəri 2594,2 milyon dollar təşkil edib, nəticədə 1265,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Ticarət dövriyyəsinin 42,3 faizi Avropa İttifaqı ölkələri, 10,7 faizi MDB üzvü dövlətləri, 47,0 faizi isə dünyanın digər ölkələrinin payına düşüb.

 

DİGƏR Xəbərlər Arxiv